Pezeşkian Nəsrullahın öldürüldüyü hücumda ABŞ-ı günahlandırıb
İran prezidenti Məsud Pezeşkian Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsi ilə bağlı açıqlama verib.
“Beynəlxalq ictimaiyyət bu terror aktının əmrinin Nyu Yorkdan verildiyini unutmayacaq” - deyə İran prezidenti qeyd edib.
Pezeşkiyan açıqlamasında Nəsrullahı İsrailə qarşı mübarizəsinə görə tərifləyib və deyib: "Sionistlərin terror hücumu müqavimət ailəsini hər zamankindən daha güclü edəcək".
Hücuma görə İsraili açıq şəkildə dəstəkləyən ABŞ-ı günahlandıran Pezeşkian daha sonra qeyd edib: “Beynəlxalq ictimaiyyət bu terror aktının əmrinin Nyu Yorkdan verildiyini unutmayacaq və sionistlərlə şərik olan amerikalılar buna nail ola bilməyəcəklər".