ABŞ-ın Kaliforniya ştatında şagirdlərin məktəblərdə smartfonlardan istifadəsinə məhdudiyyət qoyulub


ABŞ-ın Kaliforniya ştatında məktəblərdə şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib.



Qubernator Gavin Nyusom tərəfindən imzalanan yeni qanuna əsasən, ştatdakı məktəblər şagirdlərin smartfon istifadəsini məhdudlaşdıran qaydaları tətbiq etməli olacaqlar.

Qanun məktəb şuralarından 2026-cı il iyulun 1-dək tələbələrin kampuslarda və ya məktəblərdə smartfon istifadəsini qadağan edən qaydalar yaratmağı və ya bunu müəyyən vəziyyətlərlə məhdudlaşdırmağı tələb edir. Qanun həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.

Nyusom mövzu ilə bağlı verdiyi açıqlamada yeni qanunun tələbələrin məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişaflarına və dünyaya diqqət etmələrinə kömək edəcəyini deyib.

Qeyd edək ki, Florida, Luiziana və İndiana da daxil olmaqla bir çox ştatlar daha əvvəl şagirdlərin məktəbdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu