Hollandiyada ibtidai məktəblərdə smartfondan istifadə qadağan edilib


Hollandiyada ibtidai, orta məktəblərdə, eləcə də liseylərdə smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün qadağan edilib.



Yerli mətbuatda yayılan xəbərlərə görə, Təhsil, Mədəniyyət və Elm Nazirliyi həftənin əvvəlindən etibarən ibtidai siniflərdə dərs zamanı smartfonlardan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.

Qərardan sonra şagirdlərə smartfonlardan yalnız müvafiq kurslarda tədris məqsədləri üçün, sağlamlıq və ya fiziki qüsurlar kimi müstəsna hallarda istifadə etməyə icazə veriləcək.

Smartfonların şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi əsas gətirilərək verilən qərar artıq orta və ali məktəblərdə də tətbiq edilib.

İbtidai məktəblərin də qadağaya daxil edilməsi ilə ölkədəki bütün məktəblərdə smartfonlardan istifadə qadağan edilib.

Yunanıstan, İtaliya və Belçikanın fransız dilli bölgələrində tətbiq edilən qadağanın Almaniyada da gündəmə gəlməsi gözlənilir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu