Zelenski Braziliya-Çin sülh planını dağıdıcı adlandırıb
Ukrayna prezidenti Vladimir Zelenski Braziliya və Çinin Ukrayna münaqişəsini həll etmək planını kəskin tənqid edib və dağıdıcı adlandırıb.
“Çin-Braziliya təklifi həm də dağıdıcıdır, bu, sadəcə, siyasi bəyanatdır və mən Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya bu haqda dedim. Biz bu düşüncəmizi Çin tərəfinə də çatdırdıq. Dedik, gəlin birlikdə oturaq danışaq. Niyə birdən Rusiyanın tərəfini tutmağa və ya ortadan bir yerə getməyə qərar verdiniz?" - deyə o, Braziliyanın "Metr poles" internet portalına müsahibəsində deyib.
Eyni zamanda, Zelenski əmindir ki, Braziliya və Çin öz sülh təşəbbüslərini əvvəlcə Rusiya ilə müzakirə ediblər:"Biz axmaq deyilik".
Ukrayna lideri müsahibəsində Braziliyanın Ukraynaya Rusiya ilə dialoq, qarşılıqlı addımlar və kompromis təkliflərinin də dağıdıcı olduğunu deyib.