Cənubi Koreya Şimali Koreyanın PUA təhdidlərinə qarşı müdafiə sistemi qurur


Cənubi Koreya ordusu Şimali Koreyadan gələn pilotsuz uçuş aparatlarının təhdidlərinə qarşı ölkənin bir çox yerində inteqrasiya olunmuş “anti-drone sistemi” yerləşdirir.


"Yonhap"ın məlumatına görə, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, anti-dron sistemi Şimali Koreyanın kiçik pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə cavab vermək üçün əsas yerlərdə yerləşdirilib.

Radar və siqnal tıxanıcıları da daxil olmaqla müxtəlif avadanlıqlardan ibarət pilotsuz uçuş əleyhinə sistem pilotsuz nəqliyyat vasitələrini aşkar etmək, izləmək və vurmaq qabiliyyətinə malikdir.

Cənubi Koreyanın bu addımı 2022-ci ilin dekabrında Şimali Koreyaya məxsus 5 pilotsuz uçuş aparatının sərhədi keçməsindən və onlardan birinin paytaxt Seula daxil olmasından sonra atılıb.

Ordunun Şimali Koreyanın heç bir pilotsuz uçuş aparatının qarşısını ala bilməməsi onun bu sahədəki hazırlığı ilə bağlı suallar yaradıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu