Cənubi Koreya Şimalın “təxribatına” qarşı PUA-ların komanda mərkəzini yaratmağa hazırlaşır


Cənubi Koreyanın baş naziri Han Duk Su Şimali Koreyanın pilotsuz təyyarələrlə “təxribatlarına” qarşı təsirli və qüvvətli cavab vermək üçün silahlı qüvvələrin PUA komanda mərkəzinin yaradılmasına ehtiyac olduğunu bildirib.


Yonhap-ın xəbərinə görə, Baş nazir Han həftəlik Nazirlər Kabinetinin iclasında hərbi və kəşfiyyat məqsədləri üçün istifadə ediləcək texnologiyadan istifadə edəcək və PUA əməliyyatlarını həyata keçirəcək bir komanda mərkəzinin qurulmasını təmin edəcək qanunun qəbul edildiyini qeyd edib.

Baş nazir Müdafiə Nazirliyini və Baş Qərargahı dron fəaliyyətlərini həyata keçirəcək komanda mərkəzinin ən qısa zamanda mükəmməl şəkildə həyata keçirilməsi üçün səy göstərməyə və lazımi hazırlıqları görməyə çağırıb.

Han vurğulayıb ki, Pxenyan administrasiyasının Koreya yarımadasında sülh və təhlükəsizliyi təhdid edən təxribatları uğur qazanmayacaq.

Cənubi Koreya 2022-ci ilin dekabrında Şimali Koreyaya məxsus 5 PUA-nın onun hava məkanını pozduğunu və onlardan birinin paytaxt Seula uçduğunu açıqlamışdı. Bəyanatda Şimal tərəfinin təxribatlarına sərt və haqlı cavab veriləcəyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu