Cənubi Koreya və ABŞ birgə təlim keçirib


Cənubi Koreya və ABŞ iki ölkənin dəniz piyadalarını daşıyan 50-dən çox amfibiya vasitəsi ilə eniş imkanlarını artırmaq üçün birgə təlim keçirib.


Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadalarının birgə təlimi ilə bağlı açıqlama verilib.

Açıqlamada paytaxt Seuldan 273 kilometr cənub-şərqdə yerləşən Pohang şəhərində keçirilən təlimdə pilotsuz uçuş aparatları, F-35B döyüş təyyarələri və AH-1Z döyüş helikopterlərindən istifadə edildiyi bildirilib.

Açıqlamada ABŞ və Cənubi Koreya dəniz piyadalarını daşıyan 50-dən çox amfibiya vasitəsinin dənizə eniş etdiyi, təlimin məqsədinin iki ölkə qoşunlarının desant imkanlarını artırmaq olduğu bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu