Efiopiyada 400 minə yaxın insan daşqın və sürüşmə təhlükəsi ilə üzləşib


Efiopiyanın şimalında davam edən leysan yağışlar səbəbindən təxminən 400 min insanın daşqın və sürüşmə təhlükəsi ilə üzləşdiyi bildirilib.


Amhara əyalətinin rəsmilərindən Tesfav Batable "Amhara" TV-yə verdiyi açıqlamada əyalətdə sel və torpaq sürüşməsi riskinə diqqət çəkib.

Batable, Amharanın 32 bölgəsində yağışların aramsız olaraq davam etdiyini və təxminən 400 min insanın torpaq sürüşməsi və daşqın təhlükəsi altında yaşadığını bildirib.

Sel və torpaq sürüşmələrindən təsirlənən Şimali Qondar, Cənubi Qondar və Vaq Hemra bölgələrində vəziyyətin kritik olduğunu bildirən Batable, mümkün fəlakətlərə qarşı lazımi tədbirlərin görüldüyünü ifadə edib.

Efiopiya Meteorologiya İnstitutu da güclü yağışlar səbəbindən sürüşmə riskinin artacağı ilə bağlı xəbərdarlıq edib.

Avqustun 27-də Amharada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 23 nəfər həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu