İndoneziyada torpaq sürüşməsi nəticəsində 3 nəfər öldü


İndoneziyanın Şərqi Yava əyalətinin Lumajang vilayətində təsirli olan leysan yağışlar torpaq sürüşməsinə səbəb olub. Eyni ailədən olan 3 nəfər evlərində torpaq altında qalaraq ölüb.


Sürüşmə səbəbindən bəzi yollar bağlanıb, nəqliyyatda çətinlik yaranıb.

Lumacanqda çay üzərindəki körpü leysan yağışların səbəb olduğu sürüşmə nəticəsində uçub. Körpüdəki insanlar çarəsizcə qaçaraq özlərini xilas etməyə çalışıblar.

Həvəskar kameralara əks olunan görüntülərdə körpünün qalıqlarının çayda üzdüyü görülüb.

Bağlanan yolların açılması üçün işlərə başlanıldığını bildirən səlahiyyətlilər, sürüşmə səbəbindən bəzi işlərin dayandırıla biləcəyini qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu