İtaliyanın Adriatik sahillərində selikli qişa problemi yaranıb


İtaliyanın şərqində, Adriatik dənizində yerləşən Rimini şəhərinin sahil zolağında selikli qişa probleminin olduğu açıqlanıb.



Milli mətbuatda yer alan xəbərlərdə çimərlikləri ilə məşhur olan Rimini şəhərinin sahil hissəsinin selik və fitoplanktonla sıx örtüldüyü bildirilib.

Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin peykləri tərəfindən çəkilmiş fotoşəkillərdə selikli qişanın sıxlığının açıq şəkildə göründüyü qeyd edilib.

Bildirilib ki, ölkədə tətil mövsümü kimi tanınan həftə ərzində başlayan seliklilik problemi səbəbindən istirahət edənlər dəniz əvəzinə hovuz və su parklarına üstünlük veriblər.

Mövzu ilə bağlı mətbuata açıqlama verən mütəxəssislər, həm dənizin dibində, həm də səthində toplanan sıx və selikli bir maddənin son aylarda qeydə alınan yüksək temperatur və əvvəlcədən yağan güclü yağış nəticəsində əmələ gəldiyini bildiriblər.

Şirin suyun artmasının Adriatik dənizinin səthində duzluluğu azaltdığı və selikli qişanın sürətlə çoxalması üçün ideal şərait yaratdığı da bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu