Tripolidə müvəqqəti atəşkəs elan olunub


Liviyanın paytaxtı Tripolidə müvəqqəti atəşkəs elan olunub.



Bu barədə RİA Novosti-yə Liviya paytaxtının xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi sözçüsü Usamə Əli bildirib.

Agentliyin spikerinin sözlərinə görə, tərəflər danışıqlardan sonra hakimiyyətin və Prezident Şurasının vasitəçiliyi ilə müvəqqəti olaraq atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

Tripoli şəhərinin xilasetmə və təcili yardım xidmətlərinin digər nümayəndəsi Malik Mursit əlavə edib ki, 60-dan çox ailə humanitar dəhlizdən istifadə edərək münaqişə zonasını tərk edə bilib.

Avqustun 9-da Tripolinin şərqində döyüşən siyasi qruplar arasında yüngül və orta ölçülü odlu silahların tətbiqi ilə toqquşmalar başlayıb. Bir neçə saat davam edən döyüşlərdə avtomobillərə və mağazalara ziyan dəyib, 16 nəfər yaralanıb. Ertəsi gün də şəhərdə toqquşmalar davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu