HƏMAS yeni liderin seçilməsi ilə bağlı xəbərləri təkzib edib


Həmas İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülən Siyasi Büro rəhbəri İsmayıl Haniyənin yerinə yeni prezidentin seçilməsi xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.



HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişq Telegram sosial media platformasında verdiyi açıqlamada, "Bəzi adların hərəkata prezident təyin olunması ilə bağlı bəzi mətbuat və sosial media platformalarında yayılan xəbərlər doğru deyil" deyib.

Rişk vurğulayıb ki, hərəkatın siyasi bürosunun yeni rəhbərinin təyin edilməsi ilə bağlı davam edən məsləhətləşmələrin nəticələri yekunlaşan kimi açıqlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu