Haniyənin öldürüldüyü binanın fotosu yayıldı - FOTO
Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyü binanın fotosu yayılıb.
İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimi üçün İrana səfər edən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürüldüyü 6 mərtəbəli binanın fotosu yayılıb. İran mətbuatında dərc olunan fotoda binanın bir hissəsinin zədələndiyi görünür. Xəbərdə Haniyənin qaldığı binanın Tehranın şimalında rəsmi mərasimlər üçün istifadə edilən Sədabad sarayının yaxınlığında yerləşdiyi və İnqilab Keşikçiləri Ordusunun veteranlarına xidmət etdiyi bildirilib.
HƏMAS-ın Qəzza zolağındakı sədr müavini Xəlil əl-Hayya hücumdan sonra verdiyi açıqlamada, şahidlərin Haniyənin yerləşdiyi otağa raketin düşdüyünü təsdiqlədiyini bildirib. O, ifadəsində Haniyənin qaldığı otağın dağıldığını, binadakı bəzi şüşə, pəncərə, qapı və divarların zədələndiyini bildirib.
Mənbə: Haber Global