Kiyev ilin sonuna qədər Vaşinqtondan 7,8 milyard dollar büdcə yardımı gözləyir


Bu ilin sonuna qədər Ukrayna ABŞ-dan təxminən 8 milyard dollar büdcə yardımı almağı planlaşdırır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

“Dünən dövlət büdcəsinə ABŞ-dan 3,9 milyard dollar geri qaytarılmayan yardım daxil olub. Bu il biz Amerika müttəfiqlərindən 7,8 milyard dollar büdcə dəstəyi alacağımızı gözləyirik” - deyə o, Telegram kanalında yayımlanan videoda bildirib. Şmıqal onu da qeyd edib ki, Kiyev bu il “Ukraine Facility” proqramı çərçivəsində Avropa İttifaqından 16 milyard avro almağı gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu