Banqladeş prezidenti parlamenti buraxdı


Banqladeş prezidenti Şahabuddin Çuppu Baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumət qurmaq üçün parlamenti buraxıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq qərar dövlət başçısının administrasiyasının yaydığı məlumatda açıqlanıb.

"Prezidentin silahlı qüvvələrin üç qolunun rəhbərləri, müxtəlif siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri və Tələbələr ayrı-seçkiliyə qarşı hərəkatının liderləri ilə görüşündən sonra qəbul edilən qərara əsasən, milli parlament buraxılıb” - deyə məlumatda bildirilib.

Yeni parlament seçkilərinin mümkün tarixi hələ açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu