Nigeriyada terror təşkilatı Boko Haramın 8 üzvü zərərsizləşdirilib
Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Harama qarşı keçirilən əməliyyatda 8 terrorçu məhv edilib.
Nigeriya Ordusu Boko Haramın Borno əyalətində polis bölməsinə hücumundan sonra terrorçulara qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Əməliyyat zamanı 8 terrorçunun zərərsizləşdirildiyi və terrorçulara məxsus silah-sursatın ələ keçirildiyi bildirilib.
Qeyd edək ki, ötən gün Boko Haram üzvlərinin Borno əyalətinin Konduqa bölgəsində polis idarəsinə hücumu nəticəsində bir polis məmuru və bir qadın həlak olub.