Efiopiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 229 nəfərə çatıb


Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində 229 nəfər həlak olub.


"Agence France-Presse" xəbər verir ki, bundan əvvəl 157 nəfərin öldüyü bildirilirdi.

Torpaq sürüşməsi ölkənin cənubundakı Geze-Qofa bölgəsində baş verib. Efiopiya hazırda iyul ayında başlayan və sentyabrın ortalarına qədər davam edəcəyi gözlənilən yağışlı mövsümün ortasındadır. Şərqi Afrika ölkəsinin bəzi yerlərində davamlı yağışlar bəzən sürüşmələrə səbəb olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu