Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 146-ya çatıb


Efiopiyanın cənubunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 146-ya yüksəldiyi bildirilib.



Yerli hakimiyyət orqanları ölkənin cənubundakı Qofa dağlıq bölgəsində leysan yağışları nəticəsində baş verən sürüşmədə qadın və uşaqların da olduğu 146 nəfərin meyitinin tapıldığını qeyd edib.

Qofa bölgəsinin rəsmilərindən olan Dagmavi Ayele sürüşmədə ölənlər arasında azyaşlı uşaqlar və hamilə qadınların olduğunu bildirib.

Ayele palçıqdan ən az 5 nəfərin diri-diri çıxarıldığını bildirib.

Rəsmilərdən Misikir Mitiku dövlət televiziyasına verdiyi açıqlamada ölənlər arasında axtarış-xilasetmə qrupunun üzvlərinin ola biləcəyini bildirib.

Qofa Regional Kommunikasiya İdarəsinin rəisi Kassahun Abayneh də bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini və iş zamanı çoxlu sayda xilasedicinin palçıq altında qaldığını bildirib.

Cənubi Efiopiyada sürüşmələr əsasən yağışlı mövsüm olan iyun və avqust ayları arasında baş verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu