İranda prezident seçkilərinin ikinci turunda səsvermə müddəti uzadılıb
İranda 14-cü prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 18.00-da başa çatmalı olan səsvermə müddəti saat 20.00-a qədər uzadılıb.
İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyinin Seçki Şurasının Mərkəzi sözçüsü Muhsin İslami səsvermə müddəti ilə bağlı açıqlama verib.
İslami yerli vaxtla saat 08.00-da başlayan və 18.00-da başa çatması gözlənilən səsvermə müddətinin Seçki Qurum Mərkəzinin qərarı ilə saat 20.00-a qədər uzadıldığını bildirib.
Səs vermək istəyən seçicilər seçki məntəqələrində iştirak etməyə davam edərlərsə, zərurət yaranarsa, Seçki Şurası Mərkəzi bu müddəti yenidən uza bilər.
İranın seçki qanunlarına görə, lazım gələrsə səsvermə saat 24:00-a qədər uzadıla bilər.