Özbəkistanda prezident seçkilərinin etibarlı olması üçün tələb olunan seçici fəallığı toplanıb


Özbəkistanda yerli vaxtla saat 11:00-a olan məlumata görə, növbədənkənar prezident seçkilərinin etibarlı olması üçün seçicilərin 33,54 faizi səsvermədə iştirak edib.


Ölkədə aprelin 30-da keçirilən referendumda konstitusiya dəyişikliyinin qəbul edilməsindən sonra növbədənkənar prezident seçkiləri keçirilir. Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhram Koçkarov bu günə kimi qeydə alınmış 6 milyon 463 min seçicinin səs verdiyini açıqlayıb.

Bunun seçicilərin 33,54 faizinə uyğun gəldiyini bildirən Koçkarov, "Seçki Qanununun 96-cı maddəsinə görə, prezident seçkiləri kifayət qədər iştirakla keçərli sayılıb" - deyə bildirib.

Seçki Qanununa əsasən, fəallığın ən azı 33 faiz olduğu halda seçkinin etibarlı sayılacağını xatırladan Koçkarov səsvermə prosesinin davam etdiyini və axşam saat 20:00-da başa çatacağını qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu