İtaliyada miqrant qayığının batması nəticəsində onlarla insan həlak olub


İon dənizinin cənub sahillərində, İtaliyada miqrantları daşıyan qayığın batması nəticəsində 34 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə yerli "Corriere della Calabria" qəzeti məlumat yayıb.

Yelkənli qayıq iyunun 18-də Kalabriya bölgəsinin sahilindən 120 mil aralıda qəzaya uğrayıb. Qayığın sərnişinlərini axtarmaq üçün təyyarələrdən istifadə edilib.

Nəşrin məlumatına görə, dənizdə 14 miqrantın cəsədi tapılıb. Onlar Sahil Mühafizəsinin gəmiləri tərəfindən gəmiyə götürülüb. Ölən 34 nəfərdən 8-i azyaşlı olub. Sağ qalan 11 nəfəri xilas etmək də mümkün olub, onlar qayıqda 66 nəfərin olduğunu, onlardan 26-nın uşaq olduğunu bildiriblər. Miqrantlar bir neçə gün açıq dənizdə köməksiz qalıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu