İranda mədəndə baş verən sürüşmə nəticəsində 4 nəfər dağıntılar altında qalıb


İranın Mərkəzi əyalətində karxana mədənində baş verən sürüşmə nəticəsində 4 nəfər dağıntılar altında qalıb.

İran dövlət televiziyasına danışan Mərkəzi vilayətin qubernatoru Ferzad Muhlis Elaime bildirib ki, yerli vaxtla saat 10:00 radələrində Şazend rayonunda dağda baş verən sürüşmə nəticəsində dağ karxanasının şaxtası çöküb.

Bölgəyə xilasetmə qruplarının sövq edildiyini bildirən Elaime, dağıntıların çox olması səbəbindən xilasetmə işlərinin yavaş irəlilədiyini bildirib.

İran valisi sürüşmənin dünən mədən ərazisində baş verən partlayışlar nəticəsində baş verdiyini bildirərək, mədəndə işləyən 4 TIR sürücüsünün çökmə altında qaldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu