Dünyada 120 milyon insan məcburi köçkün vəziyyətinə düşüb


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) "Məcburi Köçkünlükdə Qlobal Trend 2024" adlı hesabatını dərc edib.


Komissarlıq dünyada məcburi köçkünlərin sayının 120 milyona çatdığını açıqlayıb.

Hesabatda məcburi köçkünlükdə 12 il ardıcıl artım olduğu bildirilsə də, ötən ilki rəqəmlərin dünya miqyasında tarixi yeni səviyyələrə çatdığı qeyd edilib.

Ümumi sayının 2024-cü ilin may ayı etibarilə 120 milyona çatdığı bildirilən hesabatda, Sudan, Qəzza və Myanmada davam edən qarşıdurmaların yeni köçkünlərə səbəb olduğu və bunlara təcili həll yollarının tapılmasının lazım olduğu vurğulanıb.

Köçürülmə hallarının artmasının yeni və uzun illərdir davam edən böhranların həllində uğursuzluğu əks etdirdiyi vurğulanıb, dünyanın bu vəziyyət qarşısında laqeydliyinə və fəaliyyətsizliyinə qarşı xəbərdarlıq edilib.

Hesabatda qeyd edilib ki, məcburi köçkünlərin sayı dünyada əhalisinin sıx məskunlaşdığı Yaponiya əhalisinin sayına bərabərdir.

Köçkünlük rəqəmlərinin artmasına ən böyük "töhfə"nin Sudanda davam edən dağıdıcı qarşıdurmaların olduğu bildirilib və 2023-cü ilin aprelindən bu yana 7,1 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyü, 1,9 milyon sudanlının isə qonşu ölkələrə köçdüyü bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu