Dünya əhalisinin 3,6 faizi doğulduğu ölkədən kənarda yaşayır


Dünya əhalisinin təxminən 3,6 faizi doğulduğu ölkədən və ya regiondan kənarda yaşamalı olur.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu hada Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatında əksini tapıb.

Hesabat qaçqın və sığınacaq məlumatları əsasında 20 iyun Ümumdünya Qaçqınlar Günü münasibətilə tərtib edilib.

Bəşər tarixinin dəyişməz problemlərindən biri olan miqrasiya fenomeni müxtəlif səbəblər üzündən qlobal hadisə olmaqla yanaşı, beynəlxalq qurumların və milli dövlətlərin həll edə bilmədiyi, dünyanın hər yerində hiss olunan böyük problemə çevrilib.

Müharibələr, dondurulmuş münaqişələr, gəlir bərabərsizliyi və yanlış idarəçilik kimi miqrasiyanın məlum səbəblərinə qlobal istiləşmə və ekoloji fəlakətlərin də əlavə olunması ilə coğrafiyasını tərk etmək məcburiyyətində qalan insanların sayı görünməmiş səviyyəyə çatıb.

Miqrasiya, qaçqın, sığınacaq axtaran kimi anlayışlar gündəlik həyatın bir parçası halına gəlsə də, müxtəlif medialarda bəzən bir-biri ilə qarışan, bəzən şüurlu, bəzən də istəmədən ifadələr kimi istifadə edilir.

Miqrasiya anlayışı insan hərəkətliliyinin əsas başlığı kimi önə çıxsa da, immiqrant, qaçqın və ya sığınacaq axtaran anlayışları hüquqi nəticələrinə görə fərqli təriflərə malikdir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) “immiqrantlar” dedikdə statusundan, könüllü və ya məcburi miqrasiyasından, miqrasiyanın səbəbindən və müddətindən asılı olmayaraq adi yaşayış yerindən ölkə daxilində və ya xaricə köçən şəxslər nəzərdə tutulur. İmmiqrantları vətəndaşlığı olmayan adlandırmaq olmaz, çünki onlar qaçqınlarla eyni hüquqlara malik deyillər.

İmmiqrantlar, qaçqınlar və ya sığınacaq axtaranlar tez-tez ayrı-seçkiliyə, marginallaşdırıcı və bəzən irqçi rəftarlara, habelə tanımadığı bir coğrafiyaya köçmək məcburiyyətində qaldıqları problemlərlə üzləşirlər.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ötən il paylaşdığı məlumatlara görə, 2020-ci ildə təxminən 281 milyon insan və ya dünya əhalisinin 3,6 faizi müxtəlif səbəblərdən doğulduğu ölkədən və ya bölgədən kənara köçmək məcburiyyətində qalıb.

Onlardan 86,7 milyonu Türkiyə daxil olmaqla Avropa qitəsinə, 85,6 milyonu Asiya qitəsinə, 58,7 milyonu Şimali Amerikaya, 25,4 milyonu Afrika qitəsinə, 14,8 milyonu Latın Amerikası və Karib hövzəsi regionuna, 9,4 milyonu Avstraliya daxil olmaqla, Okean regionuna mühacirət edib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) 14 iyun tarixində paylaşdığı hesabatda 2022-ci ildə təqiblər, münaqişələr, zorakılıqlar, insan hüquqlarının pozulması və ya həyat tərzini ciddi şəkildə pozan hadisələr nəticəsində dünya üzrə 108,4 milyon insanın məcburi köçkün edildiyi bildirilib.

Hesabatda qlobal miqyasda məcburi köçkünlərin 35,3 milyonunun qaçqın, 62,5 milyonunun məcburi köçkün, 5,4 milyonunun sığınacaq axtaran, 5,2 milyonunun isə beynəlxalq müdafiəyə ehtiyacı olan insanlar olduğu bildirilib.

Dünyadakı qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan digər insanların yüzdə 76-nın aşağı və orta gəlirli ölkələrə yerləşdiyinə diqqət çəkən hesabatda Türkiyənin təxminən 3,6 milyon qaçqına ev sahibliyi edən ölkə olduğu vurğulanıb.

Hesabatda vurğulanıb ki, dünyada beynəlxalq müdafiəyə ehtiyacı olan bütün qaçqın və insanların 52 faizi Suriya, Ukrayna və Əfqanıstan əsillidir.

Ötən ilin sonuna qədər qeydə alınan məlumatları paylaşan hesabatda, məsələn, Ukraynadan 5,7 milyon insanın qaçqın statusu aldığı müşahidə edilib. Ancaq eyni qurumun 6 iyun 2023-cü il tarixli məlumatlarına görə, bu rəqəmin 6,3 milyona yüksəlməsi 2023-cü ilin sonuna qədər həm qaçqınların, həm də mühacirlərin sayının artacağı anlamına gəlir.

Hesabatda dünya əhalisinin 30 faizini təşkil edən uşaqların məcburi köçkünlərin 40 faizini təşkil etdiyi vurğulanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu