26 iyul üçün hava proqnozu açıqlandı


İyulun 26-da ölkə üzrə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu: gecə 23-27° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 40-45% təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağışın olacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntı axşam saatlarında tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Temperatur: gecə 23-27° isti, gündüz 35-40° isti, dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 22-26° isti olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu