İlknur Turkut zərərçəkmişə 35 min 700 manat ödəməlidir


İlknur Turkut daha bir məhkəmə qərarı ilə cəzalandırıldı

Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə məhkum edilmiş bacısı İlknur Turkut növbəti dəfə cəzalandırılıb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlknur Turkut dələduzluqla pullarını və qızıllarını ələ keçirdiyi Nurənə Məmmədova tərəfindən məhkəməyə verilib.

Nurənə Məmmədova cavabdehdən maddi ziyana görə 35 min 700 manat, mənəvi ziyana görə isə 5 min manat tələb edib. Hazırda həbsdə olan İlknur isə məhkəmədə iştirakdan imtina edib və iddiaya münasibət bildirməyib.

Məhkəmə zərərçəkmişin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra qərarını açıqlayıb.

İddia tələbi yalnız maddi hissədə təmin edilib. İlknur Turkutdan zərərçəkmişin xeyrinə 35 min 700 manat tutulmasına qərar verilib. İ.Turkut qərarı icra etməsə, zərərçəkmiş onun yenidən cinayət məsuliyyətinə cəlb olunması üçün müraciət edə bilər.

Qeyd edək ki, İlknur və bacısı Aytac Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib. Aytaca 7, İlknura isə 6 il həbs cəzası verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu