Almanların 40 faizi Fələstinin dövlət kimi tanınmasının tərəfdarıdır


Almaniyada Fələstinin dövlət kimi tanınmasını istəyənlərin nisbəti 40 faiz, İsrailin Rəfaha hücumuna görə ona qarşı sanksiyaları dəstəkləyənlərin nisbəti isə 51 faizdir.


"YouGov" ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğuya görə, ölkədə hər 5 nəfərdən 2-si Fələstinin dövlət kimi tanınmasının tərəfdarıdır.

Rəyi soruşulanların 27 faizi Fələstinin dövlət kimi tanınmasının əleyhinə olsa da, 33 faizi bu məsələdə qərarsız olduqlarını bildirib.

Rəfaha hücumlarla bağlı sualı cavablandıran iştirakçıların 51 faizi Aİ-nin İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq etməsini dəstəklədiklərini vurğulayıb.

26 faiz bu cür sanksiyaların tamamilə və ya qismən əleyhinə olduğunu bildirib.

Mayın 31-dən iyunun 5-dək keçirilən sorğuda 2295 nəfər iştirak edib.

Almaniya kansleri Olaf Şolz Almaniya hökumətinin hazırda Fələstini dövlət kimi tanımağı planlaşdırmadığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu