Almanların 75 faizi ordunun ölkəni müdafiə qabiliyyətinə inanmır
Almaniyada aparılan araşdırmalara görə, ictimaiyyətin 75 faizi Almaniya Silahlı Qüvvələrinin (Bundesver) ölkəni müdafiə etmək qabiliyyətinə malik olduğuna inanmır.
“Focus” jurnalı üçün keçirilən ümummilli sorğu nəticəsində məlum olub ki, alman xalqı ölkəni müdafiə etmək üçün orduya etibar etmir. 5 min 13 adamla aparılan araşdırmaya görə, alman ordusuna güvənənlərin nisbəti yalnız 10 faizdir.
Hətta qərarsız insanların nisbəti özünə güvənənlərdən daha yüksəkdir. Orduya etibar edib-etməyəcəyinə qərar verməyənlərin nisbəti 15 faizdir.
Almanların 75 faizi hesab edir ki, Bundesver ölkəni müdafiə edə bilməz.
Araşdırmanın üzə çıxardığı “bacarıq” problemi daha çox silahlanmaya ehtiyac olduğu fikrinin üstünlük təşkil etməsi ilə nəticələrdə öz əksini tapıb.
Respondentlərin 69 faizi gələcəkdə Almaniya Silahlı Qüvvələri Bundesverə daha çox maliyyə imkanlarının verilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Almanların demək olar ki, üçdə ikisi (64 faiz) ölkənin “ümumdaxili məhsulun 2 faizindən çoxunu daimi olaraq müdafiəyə xərcləməli” olduğunu düşünür.
Almanların 64 faizi ölkənin “məcburi hərbi xidmətin bərpası” fikrini bölüşdüyü halda, 68 faizi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını “Almaniyanın təhlükəsizliyinə təhdid” kimi qiymətləndirir.
Tədqiqat iştirakçılarına nüvə silahı məsələsi də soruşulub. Respondetlərin 45 faizi hesab edir ki, Almaniyanın "mütləq atom bombası olmamalıdır", 22 faizi isə "mütləq nüvə silahına malik olmalıdır".
Almanların 57 faizi müharibə başlasa, “Biz mütləq döyüşməyəcəyik” deyir. “Biz mütləq mübarizə aparacağıq” deyənlərin nisbəti cəmi 22 faiz olub.