Almaniyada gənclərin yarıdan çoxu hökumətə etibar etmir
Almaniyada aparılan sorğu nəticəsində gənclərin yarıdan çoxunun hökumətə etibar etmədiyini üzə çıxarıb.
Bertelsmann Fondunun keçirdiyi sorğuya görə, Almaniyada 18-30 yaş arasında olanların 52 faizi hökumətə güvənmədiyini bildirib. Bu yaş qrupunda hökumətə güvənənlərin nisbəti 39 faiz olaraq qaldığı halda, 9 faiz “bilmirəm” cavabını verib.
Sorğuda iştirak edən 18-30 yaşlılar arasında parlamentə etimad göstərməyənlərin nisbəti 45 faiz, etibar edənlərin nisbəti isə 35 faiz təşkil edib.
Almaniyada gənclərin 79 faizlə təhsil sisteminə, 74 faizlə elmə, 62 faizlə Avropa İttifaqına (Aİ), 59 faizlə demokratiyaya, 55 faizlə qanunun aliliyinə və NATO-ya inamı yüksəkdir. Bunları 53 faiz ilə Birləşmiş Millətlər izləyib.
Gənclərin 60 faizi mediaya, 58 faizi dinə, 53 faizi transmilli şirkətlərə güvənmədiyini bildirsə də, demokratiyaya 50 faizlə və Aİ-yə 57 faizlə inamı yüksəkdir.
Sorğuda iştirak edən 31-70 yaşlıların 49 faizi hökumətə, 46 faizi isə parlamentə etibar etmir.