Belçikanın Antverpen Universiteti İsraillə əlaqələrini dayandırıb


Belçikanın Antverpen Universiteti İsraillə əlaqələrini dayandırıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, universitetin rektoru Herman Van Goethem açıqlamasında universitetin İsraildəki tərəfdaşları olan qurumların hərbi səlahiyyətlilərlə institusional əməkdaşlıq etdiyini bildirib. "Bu səbəbdən ümumi əməkdaşlıq müqavilələri dayandırılıb. Mövcud tədqiqat layihələri tamamlanır, lakin səlahiyyətli Etika Komitəsi tərəfindən əlavə yoxlamaya məruz qala bilər" - deyə o qeyd edib.

Rektorun bəyanatında bildirib ki, Antverpen Universiteti İsrail və Qəzzadakı həmkarlarını hökumətlərini Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) Qəzza münaqişəsi ilə bağlı qərarlarına hörmət etməyə çağırmağa dəvət edir.

Brüssel Azad Universiteti (ULB) də mayın 28-də bəyan edib ki, ICJ-in qərarları bu ölkə tərəfindən yerinə yetirilənə qədər İsraillə əlaqələri dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu