İrlandiya XİN: Beynəlxalq Məhkəmənin qərarlarına əməl edilməlidir


İrlandiya baş nazirinin müavini və xarici işlər və müdafiə naziri Maykl Martin İsrailin lakin Beynəlxalq Ədalət Məhkəməsinin (ICC) əmrlərini yerinə yetirməli olduğunu bildirib.


"İsrail bu tələblərə məhəl qoymamağı seçdi, lakin Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) əmrlərini qulaqardına vura bilməz. Bu qərarlar hüquqi qüvvəyə malikdir və onlara əməl edilməlidir" - deyə o, bəyanatında qeyd edib.

Martin BƏM-in İsraillə bağlı verdiyi qərarları alqışladıqlarını deyib.

Məhkəmənin təcili humanitar ehtiyaclar və xidmətlər üçün Rəfah Sərhəd Qapısını açmaq qərarını və beynəlxalq ictimaiyyətin Rəfaha hücum etməmək çağırışlarını xatırladan XİN rəhbəri bütün tərəfləri atəşkəs, məhbusların azad edilməsi və humanitar yardımın Qəzzaya maneəsiz daxil olmasını təmin etmək üçün səylərini gücləndirməyə dəvət edib.

“İki dövlət həllinin həyata keçirilməsi üçün konkret və dönməz addımlar atmağın vaxtıdır” - deyən Martin bildirib ki, önümüzdəki günlərdə avropalı və ərəb həmkarları ilə keçirəcəyi görüşlərin əsas mövzusu bu olacaq.

Beynəlxalq Ədalət Məhkəməsi yeni qərarlarında bildirilir ki, İsrail Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımlara mane olmamalı və İsrailin cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya daxil olmasına icazə verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu