İsrail Beynəlxalq Məhkəmənin qərarına cavabı müzakirə edəcək


İsrailin baş naziri Binyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarlarına reaksiyanı müzakirə etmək üçün heyəti ilə görüşəcək.


İsrail mətbuatında çıxan xəbərlərdə Netanyahunun yerli vaxtla saat 17:00-da heyəti ilə görüşəcəyi bildirilib.

İclasda BƏM-in bu gün açıqladığı qərarlara münasibətin müzakirə olunacağı bildirilib.

BƏM mayın 16-17-də keçirilən dinləmələrdə müzakirə edilən vəsatətlərlə bağlı qərarını bu gün açıqlayıb.

Beynəlxalq Ədalət Məhkəməsinin yeni qərarına əsasən İsrail Rəfaha hücumlarını dərhal dayandırmalı, humanitar yardımların qarşısını almamalı və cinayətlərini araşdırmaq üçün BMT rəsmilərinin Qəzzaya daxil olmasına icazə verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu