Azərbaycan XİN: Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayırıq
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayırıq”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov tviterdə yazıb.
O bildirib ki, bu, məhkəmənin yekdil qərarı olub.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib.