Fransada məscid irqçilərin hücumuna məruz qalıb

Fransanın Lion şəhərində məscidin irqçi hücuma məruz qaldığı bildirilib.
BFMTV-nin məlumatına görə, Lionun ən qədim məscidi olan Krua-Russ səmtindəki Koba məscidinə irqçi hücum edilib.
Məscidin divarlarına İslam əleyhinə təhqiramiz ifadələr yazılıb.
Fransa İslam Şurası (CFCM) X hesabındakı paylaşımında məscidə irqçi hücumu şiddətli şəkildə pisləyib.
Məscid icması və idarəçiləri ilə həmrəylik mesajı verən CFCM Fransadakı bütün məscidləri oxşar nifrət hücumlarına qarşı ehtiyatlı olmalarını istəyib.