Real Madrid irqçi şüarlara görə prokurorluğa müraciət etdi


"Real Madrid" Klubu həftə ərzində Çempionlar Liqasında oynanılan "Barselona" - "Napoli" və "Atletiko Madrid" - "İnter" matçlarında braziliyalı futbolçu Vinisius Juniorun ünvanına irqçi şüarlar səsləndirildiyi səbəbi ilə prokurorluğa müraciət edib.



"Real Madrid" Klubu verdiyi açıqlamada "Barselona"-"Napoli" və "Atletico Madrid" matçlarında tribunadan Vinisiusa qarşı irqçi və nifrət dolu şüarlar səsləndirildiyini, ayrı-seçkilik və nifrət cinayətləri ilə Baş Prokurorluğa müraciət etdiyini bildirib.

Sözügedən matçlarda irqçi və nifrət dolu şüarlar səsləndirənlərin kameralarla aşkarlanmasını istəyən İspaniya klubu açıqlamasında bunları qeyd edib:

"Biz oyunçumuz Vinisius Juniora qarşı təəssüf ki, dəfələrlə həyata keçirilən bu şiddətli irqçilik, ayrı-seçkilik və nifrət hücumlarını pisləyirik. Klubumuz futbol və idman dəyərlərini müdafiə etmək üçün fəaliyyətini və onlara qarşı sıfır dözümlülük mübarizəsini davam etdirəcək”.

Vinisius UEFA-nın hadisəyə müdaxiləsini istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu