Avstriyada müsəlmanlara qarşı irqçi hücumlar artmaqdadır


Avstriyada müsəlmanlara qarşı irqçi hücumların artması davam edir.



Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin hazırladığı hesabatda təxminən 700 min müsəlmanın yaşadığı ölkədə keçən il 1522 irqçi hücumun baş verdiyi bildirilib.

Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin hazırladığı “2023 Müsəlmanlara Qarşı İrqçilik Hesabatı” ictimaiyyətlə paylaşılıb.

Ötən il ölkədə müsəlmanlara qarşı 1522 irqçi hücum olub.

Bu, ölkədə müsəlmanları hədəf alan hücumların qeydə alınmağa başladığı 2015-ci ildən bəri ən yüksək rəqəmdir.

Hesabatda hücumların 46 faizinin fərdlər tərəfindən, 13 faizinin isə müxtəlif qurum və təşkilatlarda törədildiyi qeyd edilib. 7 faizi hüquq-mühafizə orqanları, 6 faizi isə müxtəlif qruplar tərəfindən təşkil edilib.

Müsəlmanlara qarşı irqçi və nifrət dolu hücumlar ən çox rəqəmsal platformalarda 66 faizlə qeydə alınıb.

Hesabatda müsəlmanların məruz qaldıqları hücum növləri də yer alıb.

Hücumların 19 faizi İslama və müsəlmanlara qarşı təhqir, 8 faizi nifrət nitqi, 7 faizi isə vandalizm olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu