Almaniyada yanvar-mart ayları arasında müsəlmanlara qarşı 213 nifrət cinayəti törədilib

Bu ilin yanvar-mart ayları arasında Almaniyada müsəlmanlara qarşı 213 nifrət cinayəti törədilib.
Almaniya hökuməti Sol Partiyanın müsəlmanlara qarşı nifrət cinayətləri ilə bağlı sualına cavab verib.
Müvafiq olaraq, bu ilin yanvar-mart aylarında müsəlmanlara qarşı 213 nifrət cinayəti törədilib.
Eyni dövrdə məscidlərə qarşı 12 hücum təşkil edilib. Bu cinayətlər və hücumlar çərçivəsində 1-i ağır olmaqla 16 nəfər yaralanıb.
Cinayətlərin əksəriyyəti “ictimaiyyəti qızışdırmaq” cinayətləri kimi qeydə alınsa da, bunun ardınca təhqir, hədə-qorxu, konstitusiyaya zidd təşkilatların simvollarından istifadə, əmlaka ziyan vurma, insanlara xəsarət yetirmə kimi cinayətlər gəlib.
Müsəlmanlara qarşı cinayətlər çərçivəsində 117 şübhəli barəsində istintaq aparılarkən, 2 nəfər saxlanılıb.