Almaniyada siyasətçilərə qarşı hücumlar artıb


Almaniyada siyasətçilərə qarşı hücumlar 2023-cü ilin yanvar-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.


Almaniya hökumətinin Almaniya üçün Alternativ (AfD) Partiyasının parlament sualına verdiyi cavaba görə, 2023-cü ilin birinci yarısında Bundestaqda təmsil olunan partiyaların nümayəndələrinə qarşı 739 hücum qeydə alınıb. Xatırladaq ki, ötən ilin eyni dövründə bu rəqəm 392 olub.

2022-ci ilin birinci yarısında partiya binalarına qarşı 214 hücum təşkil edildiyi, 2023-cü ilin yanvar-iyun dövründə isə bu rəqəmin 281-ə yüksəldiyi bildirilib.

Bu hücumların əksəriyyətinin siyasətçilərə qarşı təhqir və təhdidlərdən ibarət olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu