Hindistanda müsəlmanlar ilin birinci yarısında 250-dən çox nifrət mitinqinin hədəfinə çevrilib


Hindistanda azlıqlara qarşı hücumları izləyən “Hindutva Watch” adlı araşdırma təşəbbüsü 2023-cü ilin birinci yarısında ölkədə müsəlmanlara qarşı nifrət nitqini təşviq edən 250-dən çox mitinq keçirildiyini bildirib.



Bazar günü dərc edilən "2023-cü ilin ortası hesabatı: Hindistanda müsəlmanlara qarşı nifrət nitqi mitinqləri" adlı hesabata görə, bu ilin ilk yarısında 17 ştatda müsəlmanları hədəf alan 250-dən çox nifrət mitinqləri keçirilib.

Hesabatda müsəlmanları hədəf alan təhlükəli sui-qəsd nəzəriyyələrinin yayıldığı, zorakılıq, silahlanma və sosial-iqtisadi boykot çağırışlarının edildiyi bu mitinqlərin 2014-cü ildə millətçi Bharatiya Janata Partiyasının (BJP) hakimiyyətə gəlişindən sonra başlandığı qeyd edilib.

Məlumata görə, mitinqlərin 80 faizi BJP-nin hakimiyyətdə olduğu ştatlarda və birlik ərazilərində keçirilib, xüsusilə Maharaştra, Karnataka, Madhya Pradesh, Racastan və Qucarat əyalətləri bu mövzuda liderlik ediblər.

Xəbərdə xüsusilə Hindistanda Ram Navami festivalının qeyd olunduğu mart ayında nifrət hadisələrinin artdığı, 1 nəfərin öldüyü, mağaza və məscidlərə hücum edildiyi qeyd edilib.

Narendra Modi 2014-cü ildə Hindistanın Baş naziri olduqdan sonra insan haqları təşkilatları azlıq qruplarına qarşı pozuntuların artdığını qeyd ediblər.

ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası ölkəni 2020-ci ildən bəri dini azadlıqların sistematik, davamlı və kobud şəkildə pozulmasına görə “narahatlıq ölkəsi” adlandırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu