İsraildən İspaniya konsulluğuna qadağa
İsrailin xarici işlər naziri Yisrael Katz Fələstini tanımağa qərar verən İspaniyanın işğal altındakı Şərqi Qüdsdəki konsulluğunun İordan çayının qərb sahilində fələstinlilərə xidmət göstərməsinin qadağan ediləcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, o, bununla bağlı sosial media platformasında açıqlamasında bildirib.
Katz İspaniyanın Fələstinlə bağlı mövqeyinə cavab olaraq, İsraildəki İspaniya nümayəndəliyi ilə fələstinlilər arasında əlaqəni kəsmək qərarına gəldiyini və işğal altındakı Şərqi Qüdsdəki İspaniya konsulluğunun Qərbdə fələstinlilərə xidmət göstərməsinin qadağan ediləcəyini qeyd edib.
İsrail Xarici İşlər Nazirliyi Fələstini tanımağa qərar verən İspaniya, Norveç və İrlandiyanın Təl-Əviv səfirlərinin Xarici İşlər Nazirliyinə çağırıldığını da açıqlayıb.