İordaniya üç ölkənin Fələstini tanımaq qərarını dəstəkləyib
İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi Norveç, İrlandiya və İspaniyanın Fələstini rəsmən tanıyacaqlarını elan etməsini alqışlayıb.
Safedi paytaxt Əmmanda Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ilə görüşüb.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında danışan Safadi, Norveç, İrlandiya və İspaniyanın Fələstini tanıyacaqları ilə bağlı bəyanatlarından danışıb. "Bu ölkələrin Fələstin dövlətini tanımaq qərarı, sülhə gedən yola əsaslanır. 4 iyun 1967-ci il xəttində müstəqil, suveren və paytaxtı işğal olunmuş Qüds olan Fələstin dövlətini təmsil edən iki dövlətli həll yolunun olduğunu təsdiqləmək üçün vacib və əsaslı bir addımdır" - deyə o bildirib.
Safedi digər ölkələrin də tezliklə İspaniya, Norveç və İrlandiyaya qoşulacağına inandığını bildirib.
Safedi Məscidül-Əqsaya basqını pisləyərək, bunu beynəlxalq hüququn pozulması hesab etdiyini deyib: "İsrailin milli təhlükəsizlik nazirinin beynəlxalq hüquq normalarını və müqəddəs məkanlardakı mövcud tarixi-hüquqi vəziyyəti pozaraq təxribat xarakterli hərəkətlə Məscidül-Əqsaya daxil olduğunu gördük. Bu, artıq mövcud olan vəziyyəti daha da çıxılmaz vəziyyətə salacaq".