İsrail İspaniyadakı səfirini geri çağırıb


İsrailin xarici işlər naziri Eli Koen İspaniyanın baş naziri Pedro Sançesin İsrailin Fələstin torpaqlarını sistemli şəkildə işğal etdiyi barədə açıqlamalarından sonra ölkəsinin səfirini Madriddən geri çağırmaq qərarına gəldiyini açıqlayıb.


X sosial media platformasında verdiyi açıqlamada İsrailin xarici işlər naziri Eli Koen İspaniyanın baş naziri Sançesi günahlandırıb.

Ölkəsinin “beynəlxalq hüquqa uyğun hərəkət etdiyini” iddia edən Koen İsrailin Madrid səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdiyini açıqlayıb.

Koen qeyd edib ki, onlar “HƏMAS məhv edilənə və bütün israilli məhbuslar azad edilənə qədər” Qəzzaya hücumları davam etdirəcəklər.

Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu İspaniyanın Təl-Əvivdəki səfirinin Sançesin sözlərinə görə Qərbi Qüdsdəki Xarici İşlər Nazirliyinə çağırılmasını əmr edib.

Baş nazirliyin mətbuat xidmətindən verilən açıqlamada, Netanyahunun Sançesin açıqlamalarına reaksiya olaraq İspaniya səfirinin Nazirliyə çağırılmasını tələb etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu