Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə başlayıblar
Yunanıstanda dövlət qulluqçuları Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə 24 saatlıq tətilə başlayıblar.
Ölkədə yaşayış bahalığına diqqət çəkən ADEDY dövlət qulluqçularının iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətil elan edib.
ADEDY-nin çağırışı ilə Yunanıstanın paytaxtı Afinada Maliyyə Nazirliyinin qarşısına toplaşan dövlət qulluqçuları etiraz aksiyası keçiriblər.
Fəallar dövlət qulluqçularının maaşlarının artırılmasını, vergidən azad edilən gəlirlərin həcminin artırılmasını və dövlət qulluqçularının sayının artırılmasını tələb ediblər.