Yunanıstanda taksi sürücüləri 48 saatlıq tətilə başlayıblar


Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri bu gündən başlayaraq 48 saatlıq tətilə başlayıblar.



Afina Taksi Sürücüləri Birliyindən verilən açıqlamada paytaxt Afinada bu gündən etibarən 48 saatlıq tətil olacağı bildirilib.

Açıqlamada bildirilib ki, taksi sürücüləri sərnişin olduğu halda avtobuslar üçün ayrılmış sağ zolağın taksilər tərəfindən istifadə edilməsini, taksi tətbiqlərinin qarşısının alınmasını, hava limanından nəqliyyat haqlarının artırılmasını və vergi yükünün azaldılmasını tələb ediblər.

Paytaxt Afinada bir araya gələn taksi sürücüləri maşınları ilə Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu