Yunanıstanda işçilər 24 saatlıq ümumi tətilə başlayıblar


Yunan Həmkarlar İttifaqları Konfederasiyasının (GSEE) çağırışı ilə ölkə daxilində işçilər iqtisadi şəraitin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətilə başlayıblar.



GSEE açıqlamasında artan yaşayış dəyərinə diqqət çəkərək, işçilərin maaşlarının artırılmasını və iqtisadi böhran zamanı ləğv edilən kollektiv müqavilələrin yenilənməsini tələb edib.

GSEE-nin çağırışı ilə ölkə daxilində keçirilən 24 saatlıq tətil çərçivəsində metro, tramvay və şəhərətrafı qatar kimi ictimai nəqliyyat vasitələri xidmət göstərməyib, dəniz nəqliyyatı fəaliyyətini dayandırıb. Avtobuslar yalnız müəyyən saatlarda işləməyə qərar verib.

Tətil çərçivəsində işçilər paytaxt Afinada aksiya təşkil ediblər. Nümayişdə əmək haqqının artırılması, kollektiv müqavilə imzalanması kimi tələblərini dilə gətirən işçilər Parlament binasına doğru yürüş ediblər.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu