Netanyahu Baydenlə fikir ayrılıqlarının olduğunu deyib


İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ prezidenti Co Baydenlə fikir ayrılıqlarının olduğunu deyib.


AFN.az xəbər verir ki, bu barədə "Haaretz" məlumat yayıb. Nəşr bildirir ki, Netanyahu bu fikir ayrılığının aradan qaldırıla biləcəyinə əminliyini də ifadə edib.

“Bizim tez-tez razılaşmalarımız olub, lakin fikir ayrılıqları da olub. Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, biz indi də onların öhdəsindən gələcəyik”, - deyə baş nazir bildirib.

O, yəhudi dövlətinin özünü qorumaq üçün əlindən gələni etmək niyyətində olduğunu vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu