"Titanik"in kapitanı dünyasını dəyişdi

“Titanik” və “Üzüklərin hökmdarı” filmlərindəki rolları ilə yadda qalan məşhur aktyor Bernard Hill 79 yaşında dünyasını dəyişib.
O, Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi filmdə Titanik gəmisinin kapitanı və Peter Ceksonun “Üzüklərin hökmdarı” film trilogiyasında Rohan kralı Teoden rolunu canlandırıb.
Bernard Hillin meneceri Lou Coulson aktyorun ölümünü təsdiqləyib.