Ukraynalı haker ABŞ-da həbs cəzasına məhkum edilib


Texasın Şimal dairəsinin məhkəməsi Ukrayna vətəndaşı Yaroslav Vasinskini 13 il 7 ay müddətinə azadlıqdan məhrum edib.


AFN.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Yaroslav Vasinski hakerlikdə ittiham edilir. Müstəntiqlərin fikrincə, onun əməllərinin qurbanları arasında Amerikanın İT şirkəti "Kaseya" da var. Bildirilir ki, Vasinski və onun əlaltıları bütün dünyada kompüterlərin sındırılmasında iştirak edib və şəxsi məlumatları açıqlamaqla hədələyərək ümumi məbləği 700 milyon dollardan çox olan pul tələb ediblər.

Ukraynalı Polşada saxlanılıb, sonra ABŞ-a təhvil verilib. ABŞ Ədliyyə Nazirliyi ona qarşı 11 ittiham irəli sürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu