ABŞ-da kiber qəsbdə ittiham olunan rusiyalı həbs edilib
Rusiya vətəndaşı Ruslan Astamirov ABŞ-da kiber qəsbdə iştirak ittihamı ilə həbs edilib.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında qeyd edilir ki, iş üzrə üçüncü təqsirləndirilən şəxs olan 20 yaşlı Astamirov "LockBit" zərərli proqramından istifadə edərək ABŞ və digər ölkələrdə ən azı beş haker hücumu həyata keçirib.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi rusiyalı haker Mixail Matveyevi axtarışda olanlar siyahısına salmışdı və Dövlət Departamenti onun tutulmasına kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat təklif etmişdi.