ABŞ-a ekstradisiya edilən rusiyalı haker kiber fırıldaqçılıqda günahını etiraf edib


Kibercinayətkarlıq ittihamı ilə ABŞ-a ekstradisiya edilən Rusiya vətəndaşı Vladimir Dunaev məhkəmədə günahını etiraf edib.


Bu barədə "RİA Novosti"yə Ohayo ştatındakı məhkəmənin nümayəndəsi məlumat verib.

Mənbə bildirib ki, haker ifadəsini dəyişəcək və kiber fırıldaqçılıqda günahını etiraf edəcək. Hökm 2024-cü ilin mart ayının ortalarında gözlənilir. Məhkəmənin hazırlıq iclası noyabrın 30-da keçiriləcək. Dunaev təqsirli bilinərsə, onu 60 ilə qədər həbs gözləyir.

Yakutskdan olan Vladimir Dunaev 2021-ci ilin mayında ABŞ-ın tələbi ilə Cənubi Koreyada saxlanılıb. Həmin ilin oktyabrında o, ABŞ-a ekstradisiya edilib. O, transmilli kibercinayətkarlıqda və iki milyon dollardan çox pul oğurlamaq üçün istifadə edilən Trickbot virusunun yaradılmasında iddia edilən rola görə ittiham olunub. 2015-2020-ci illərdə hakerlər həm şirkətlərdən, həm də fiziki şəxslərdən pul qoparıblar. 2021-ci ilə kimi, altı rus ABŞ-da Trickbot işində ittiham olunurdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu